Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10.12.2017Dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Quliyev hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.