Oğurluqda şübhəli bilinərək tutulan Bakı şəhər sakini Çingiz Nurəliyevin 6 həyətyanı sahədən su mühərriki və məişət əşyaları oğurlaması da müəyyən edilib
01.12.2017Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisində 1 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz Nurəliyev saxlanılıb. Onun cari ilin fevral-noyabr ayları ərzində rayon ərazisindəki 6 həyətyanı sahədən su mühərriki və məişət əşyaları oğurlaması da müəyyən edilib.