Ağdaş rayonunun Xosrov kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.11.2017Noyabrın 30-da saat 11 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində İlham Cabbarlının idarə etdiyi “Nissan” və Ramiz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Abdullayev və sərnişinlərindən 3 yaşlı Cihan Sehirli hadisə yerində ölüb, digər bir sərnişini, habelə İ.Cabbarlının 1sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.