Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan İsmayıl Məmmədlinin və Elxan İsayevin 9 avtomobildən də oğurluq etdiyi müəyyən edilib
22.11.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan İsmayıl Məmmədlinin və Elxan İsayevin ətraflarında Suraxanı RPİ 32-ci və 33-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il fevralın 2-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən ətir, akkumulyator və məişət əşyaları oğurlamaları da müəyyən edilib.