Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən İsmət Eynullayev saxlanılıb

22.11.2017

Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən cari il martın 25-də şəhər ərazisindəki köşklərin birindən 35 manat, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmət Eynullayev saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun cari il aprelin 29-dan oktyabrın 21-dək olan müddətdə şəhər ərazisində 5 avtomobildən, 1 mağazadan, 1 evdən, 1 qarajdan, 1 həyətyanı sahədən, habelə 3 nəfərin ciblərindən pul, maqnitofon, mobil telefon, velosiped və məişət əşyaları oğurlaması da müəyyən edilib.