Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.11.2017Noyabrın 14-də saat 8 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Rasim Məmmədov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən rayon sakini Ramazan Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.