Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yığılmış silahlar polisə təhvil verildi

01.11.2017

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları xeyli sayda ov silahını Qəbələ Rayon Polis  Şöbəsinə təhvil veriblər. 
Adıçəkilən Nazirliyin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb. Noyabrın 1-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları son üç ildə yığılmış ümumilikdə 10 ədəd, o cümlədən - 4 “İJ”, 4 “TOZ” və 2 ədəd “BUM” markalı ov silahlarını müvafiq tədbirlər görülməsi üçün Polis Şöbəsinə təhvil veriblər.