Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.11.2017Noyabrın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyhun Qəribovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.