Arvadı Rufanə Cəfərlini qətlə yetirmiş Bakı şəhər sakini Emin Hüseynov istintaqa təslim olub
20.10.2017Oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.
E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb.