Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sumqayıt şəhər sakini Samir Mövsümov yerləşdirildiyi xəstəxanada ölüb
14.10.2017Oktyabrın 14-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi – azyaşlı Samir Mövsümovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.