Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Anatoliy Poluxin yerləşdirildiyi xəstəxanada ölüb
14.10.2017Oktyabrın 13-də saat 15 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Xamis Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Anatoliy Poluxini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 14-də orada ölüb.
Nizami RPİ tərəfindən araşdırmalar aparılır.