Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Teymur Mahmudov tutulub
10.10.2017Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 31-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Mahmudov tutulub. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 11-də daha bir evdən qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.