Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ramail Qafarov tutulub
08.10.2017Oktyabrın 7-də Xətai rayonunun Telnov küçəsindən Bakı şəhər sakini Əkbər Əsgərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən oktyabrın 8-də avtomobilin Suraxanı rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.
Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ramail Qafarov tutulub.