Salyan rayonunun Şorsulu kəndində yol-nəqliyyat hadisəsi
20.10.2007Saat 02.50 radələrində Salyan rayonunun Şorsulu kəndində Cəlilabad rayon sakini Ədalət Əkbərovun idarə etdiyi "VAZ-2105" markalı və Masallı rayon sakini Əfsər Əsgərovun idarə etdiyi, Azərsun Holdinq MMC-yə məxsus yükü etil spirti olan "Mercedes" markalı avtomaşınlar toqquşmuş, sonradan onlar yolun kənarındakı daş hasarı uçurdaraq kənd sakini Saləddin Abdullayevin həyətinə düşərək yanmışlar. Nəticədə Ə.Əkbərov hadisə yerində ölmüşdür. Salyan RPŞ tərəfindən araşdırmalar aparılır.