DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

20.10.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məmmədtağı Qurbanovdan 0,88 qram heroin, Nərimanov RPİ 18-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Bayramovdan 0,225 qram heroin, Abşeron RPŞ əməkdaşları Xırdalan şəhər sakini Namiq Sadıqovdan 0,271 qram heroin, Zaqatala RPŞ əməkdaşları Hacıqabul rayon sakini Hətəm Qubadovdan 1,119 qram heroin, Balakən RPŞ əməkdaşları rayon sakini İlyas Hüseynovun evinə baxış zamanı 323,53 qram marixuana götürmüşlər.

20.10.2007 tarixinə olan kriminal məlumatlar