Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Ziya Məcidov tutulub, 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib
01.10.2017Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Bakı şəhər sakini olan bir qadının içərisində 300 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ziya Məcidov tutulub, 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Z.Məcidovdan 5,252 qram marixuana götürülüb.