Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
01.10.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə onun cari ilin iyunundan avqust ayınadək olan müddətdə rayon ərazisindəki 1 evdən, 1 mağazadan və 1 qarajdan spirtli içki, tütün məmulatı və məişət əşyaları, habelə Bakı şəhər sakini olan 1 qadının 2 ədəd mobil telefonunu oğurlaması da müəyyən edilib.