Samux rayonunun Alıuşağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.10.2017Oktyabrın 1-də saat 07 radələrində Samux rayonunun Alıuşağı kəndi ərazisində Göygöl rayon sakini Rəfayel Abdıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Goranboy rayon sakinləri Anar Əliyevi və Murad Gəncizadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Əliyev orada ölüb.
Samux RPŞ tərəfindən araşdırma aparılır.