Binəqədi Rayon Elektrik Şəbəkəsinin işçisi Xəyal Vəliyev elektrik cərəyanı vurmasından ölmüşdür
20.10.2007Binəqədi Rayon Elektrik Şəbəkəsinin işçisi Xəyal Vəliyev M.Cəlal küçəsindəki elektrik stansiyasında təmir işləri apararkən onu elektrik cərəyanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.Vəliyev orada ölmüşdür. Araşdırmalar aparılır.