Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini Kazbek Bulekbayev tutularaq təhvil verilib
20.09.2017Sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMŞ-nin əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutularaq Nizami (Gəncə) RPİ-yə təhvil verilib.