Avtomobil qaçırmaqda şübhəli bilinən avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli saxlanılıb
19.09.2017Sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.