Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayonunun Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub

13.09.2017

Sentyabrın 13-də Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn naməlum şəxs orada işləyən Artupa kənd sakini Çingiz İsmayılovu bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

13.09.2017 tarixinə olan kriminal məlumatlar