Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yol-nəqliyyat hadisəsi
05.09.2017Sentyabrın 5-də saat 22 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində Şəki rayon sakini Elnur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naftalan şəhər sakini Məmməd Qarayevi vurub və idarəetməni itirdiyindən qarşıdan gələn Suma Behbudovanın idarə etdiyi “Vaz-21011” markalı avtomobillə toqquşub.
Nəticədə M.Qarayev hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.