Qaradağ rayonu ərazisində 2 evdən, 1 mağazadan və 1 avtomobildən oğurluq etməkdə şübhəli bilinən 1 yeniyetmə tutulub, daha bir nəfər isə müəyyən edilib
02.09.2017Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayon ərazisində 2 evdən, 1 mağazadan və 1 avtomobildən pul, tütün məmulatı, ərzaq məhsulları, məişət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini olan 1 yeniyetmə tutulub, daha bir nəfər isə müəyyən edilib.