Gün ərzində 78 cinayət faktı qeydə alınıb
01.09.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.