Paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ə.Məmmədsoy tutulub
31.08.2017Avqustun 31-nə keçən gecə paytaxtın Nizami rayonunun Q.Qarayev prospektindən Bakı şəhər sakini Zabil Nadirovun idarə etdiyi “VAZ-2121” markalı avtomobil qaçırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Əlvan Məmmədsoy Rayon Mühafizə İdarəsinin və 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Ondan 7,005 qram heroin götürülüb.