Siyəzən rayonunun Zarat kəndində yol-nəqliyyat hadisəsi
30.08.2017Avqustun 31-də saat 2 radələrində Siyəzən rayonunun Zarat kəndində əcnəbi vətəndaş Viktor Sidoryak idarə etdiyi “Mercedes” markalı yük avtomobilini yolun kənarında dayanmış “Ford” markalı avtomobilə vurub. Zərbədən sonuncu avtomobil qarşıda dayanmış “Mitsubishi” markalı avtomobilə dəyib. Nəticədə V.Sidoryak hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.