Paytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
29.08.2017Avqustun 22-də Nizami RPİ-yə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.
Faktla bağlı RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə rayonun M.Əliyev və Ə.Zəimzadə küçələrində ümumilikdə 4 avtomobildən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qasım Novruzov, Elşən Ağayev və Elvin Hüseynov tutulublar.
Faktla bağlı araşdırma aparılır.