İmişli şəhəri sakini Ə.Ağayevə kəsici-deşici alətlə ölümcül xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi E.Süleymanov tutulub
25.08.2017Avqustun 25-də İmişli şəhəri ərazisindən şəhər sakini Əhsən Ağayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Elçin Süleymanov tutulub.