Oğuz rayonunun Kərimli kəndində yol-nəqliyyat hadisəsi
20.08.2017Avqustun 20-də saat 15 radələrində Oğuz rayonunun Kərimli kəndində kənd sakini Cəmil Abdullayevin idarə etdiyi “Volkswagen” və Şəki rayon sakini Vəliyəddin Hümmətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə V.Hümmətovun sərnişinlərindən – Qəbələ rayon sakini Müzəffər Fətəliyev hadisə yerində, özü və digər sərnişini, həmyerlisi Şükür Ağamirzəyev xəstəxanada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.