Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində həmkəndlisinə balta ilə xəsarət yetirən Quba rayon sakini M.Alxasov tutulub

18.08.2017

Avqustun 18-də Quba rayonunun Cimi kəndi ərazisindən kənd sakini Vətən Əhmədov baş nahiyəsindən yetirilən xəsarət ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avqustun 17-də V.Əhmədovla həmkəndlisi Maarif Alxasov arasında mübahisə baş verməsi və bununla əlaqədar avqustun 18-də V.Əhmədovun məsələyə aydınlıq gətirmək üçün M.Alxasovun evinə getməsi və baş vermiş münaqişə zamanı M.Alxasovun ona balta ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alxasov tutulub.

18.08.2017 tarixinə olan kriminal məlumatlar