Bakı şəhər sakini olan bir qadının pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən H.Qəniyev tutulub
15.08.2017Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini olan bir qadının 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Heydər Qəniyev tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin iyun-avqust aylarında daha 3 qadının pul və mobil telefonlarını dələduzluq yolu ilə alması da müəyyən edilib.