“Opel” markalı avtomobillə paytaxt sakini Ə.Abdullayev vurulub
15.08.2017Avqustun 15-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Ağabala Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Abdullayevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.