DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 113 cinayət faktı qeydə alınıb

09.08.2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.