Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Emil Kərimov tutulub
09.08.2017Avqustun 9-na keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən qəsəbə sakini Elmar Ocaqquliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Kərimov tutulub.
Avtomobil həmin gün səhər saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində tapılıb.