Göygöl şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09.08.2017Avqustun 9-da saat 17 radələrində Göygöl şəhəri ərazisində Şəmkir rayon sakini Cavad Rəhimovun idarə etdiyi “Ford Transit” və Gəncə şəhər sakini Təvəkkül Qasımovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə T.Qasımov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.