Tovuz rayonunun Eyyublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.08.2017Avqustun 9-da saat 22 radələrində Tovuz rayonunun Eyyublu kəndi ərazisində Şəmkir rayon sakini Rasim İsmayılov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən kənd sakini Vasif Fətullayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.