Sabunçu rayonunun G.Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi
02.08.2017Avqustun 2-də saat 8.00 radələrində Sabunçu rayonunun G.Mehmandarov küçəsində qəsəbə sakini Aqil Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Füzuli Bəşirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.