Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əhmədov və Məhəmməd Şabanov tutulublar
26.07.2017Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də bir qadının içərisində 300 manat, mobil telefon, bankomat kartları və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əhmədov və Məhəmməd Şabanov tutulublar.