Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.07.2017İyulun 25-də saat 23 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində rayon sakinləri Elvin İsmayılovun idarə etdiyi “Opel” və Samir Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Qasımov hadisə yerində ölüb, E.İsmayılov xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.