Avtomobil qaçırmaqda şübhəli bilinən Şəki rayon sakini Rəcəb İslamov tutulub
24.07.2017İyulun 24-də saat 13 radələrində İsmayıllı şəhərinin ərazisindən şəhər sakini Nəsib Məmmədova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 21 radələrində Şəki rayonunun İnçə kəndi ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən Şəki rayon sakini Rəcəb İslamov tutulub.
Araşdırma aparılır.