Oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Elşən Əsgərov tutulub
24.07.2017Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 15-də rayon ərazisindəki həyətyanı sahələrdən birindən 4 ev quşu və 1 göyərçin oğurlamaqda şübhəli bilinən rayon sakini Elşən Əsgərov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar ayından iyul ayınadək olan müddətdə 9 həyətyanı sahədən də ümumilikdə 31 ev quşu və məişət əşyaları oğurlaması da müəyyən edilib.