Babək rayonunun Sirab kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2017İyulun 22-də saat 17 radələrində Babək rayonunun Sirab kəndi ərazisində kənd sakini Çərkəz Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişini Qurban Alışov orada ölüb.
Babək RPŞ tərəfindən araşdırma aparılır.