Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulub

20.07.2017

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Beyləqan rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmyerliləri Yasəf Nərimanovla birgə yanvarın 15-də İmişli rayonunun Qaradonlu poçt şöbəsindən içərisində 570 manat pul, qızıl əşyalar və sənəd, habelə şöbəyə məxsus 63 manat pul olan seyfi oğurlamaları da müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə Y.Nərimanov da tutulub.