Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İdarə etdiyi nəqliyyat vasitəsilə polis əməkdaşını vurmaqda şübhəli bilinən Masallı rayonunun Köhnə Alvadı kənd sakini Racik Məmmədov tutulub

18.07.2017

İyulun 18-də saat 20 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.
Masallı RPŞ tərəfindən araşdırma aparılır. 

18.07.2017 tarixinə olan kriminal məlumatlar