Avtomobil qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb
18.07.2017İyulun 17-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini Əlif Quliyevə məxsus "QAZel" markalı avtomobil qaçırılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov iyulun 18-də saat 3.00 radələrində Xırdalan şəhəri ərazisində nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.