Saatlı rayonunun Gomuşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.07.2017İyulun 10-da saat 13 radələrində Saatlı rayonunun Gomuşçu kəndi ərazisində Bakı şəhər sakini Novruz Ağayevin idarə etdiyi "VAZ-2121" markalı və Cəbrayıl rayon sakini Vüsal Əliyevin idarə etdiyi "VAZ-2103" markalı avtomobillər toqquşub. Nəticədə V.Əliyev və sərnişini - atası Məhəmməd xəstəxanaya yerləşdiriliblər. Məhəmməd orada ölüb, V.Əliyevin vəziyyəti ağırıdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.