Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.07.2017İyulun 11-də saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abdullayev orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.