Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi
03.07.2017İyulun 3-də saat 15 radələrində Mingəçevir şəhərində şəhər sakini Müşfiq Yusifovun və Yevlax rayon sakini Rasim İsmayılovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə M.Yusifovun sərnişinlərindən anası Qızpəri hadisə yerində ölüb, digər sərnişini, habelə R.İsmayılov və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.