Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar
30.06.2017Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisindəki bağ evlərindən birindən 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə 1 avtomobildən akkumulyator, 4 evdən isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.